Dünya

Rasmussen: "NATO ölkələri müdafiə xərclərini artırmalıdırlar"

7 Aprel 2014 14:40
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
NATO ölkələri Avropada yaranan yeni strateji vəziyyət və qitənin şərqində hadisələrin inkişafı ilə bağlı müdafiə xərclərini artırmalıdırlar. Şimali Atlantika alyansının baş katibi Anders Foq Rasmussen Londonun "Dayli Teleqraf" qəzetində dərc olunmuş məqaləsində bu fikirlə çıxış edib.

Trend-in məlumatına görə, bu barədə İTAR-TASS bazar ertəsi xəbər yayıb.

O qeyd edib: "Biz istənilən təhdidə müqavimət göstərmək və müttəfiqlərimizi istənilən an müdafiə etmək qətiyyətində yekdilik. Biz Ukraynaya və regiondakı digər tərəfdaşlara dəstəyi gücləndirmişik. Biz həmçinin Rusiya ilə əməkdaşlığı dayandırmışıq və özümüzü heç nə olmamış kimi aparmırıq. Heç kim "soyuq müharibə"nin qayıtmasını istəmir. Lakin biz görürük ki, Rusiya Avropada yeni nüfuz dairələri yaratmaq istəyir".

Rasmussen yazır: "Bugünkü böhran müdafiə məsələlərinin heç vaxt olmadığı kimi vacib olduğunu təsdiqləyir. Hər bir NATO üzvü silahların modernləşdirilməsini aparmalı, hissələrin təlim keçmələrini gücləndirməli, alyansın digər ölkələri və tərəfdaşlarla daha sıx əlaqələri dəstəkləməlidir. Mən özümə hesabat verirəm ki, hazırkı mürəkkəb iqtisadi şərtlərlə bunu etmək çətindir, amma təhlükəsizlik hamımız üçün həyati əhəmiyyət kəsb edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.