Dünya

Oğlunu məzarlığa çiynində apardı - FOTO

7 Aprel 2014 13:16
6 Şərh     Baxış: 4 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Sarıyer səmtində həyətdə oynayarkən yoxa çıxan balaca Pamir Dikdik dəfn olunub. 3 yaş 6 aylıq olan Pamir məhəllədəki su quyusuna düşübmüş.


Pamirin dəfn mərasimində atası Sərdar Dikdik oğlunun tabutuna kimsəni yaxın buraxmayıb. O, tabutu çiyninə alıb və qəbristanlığa təkbaşına aparıb.


Pamirin anası Suverçe Dikdik deyib: "Mediaya təşəkkür edirəm. Sağ olun. Sosial şəbəkələrdə oğlumla bağlı fotolar yayan, onu arayanlara da təşəkkür edirəm. Xəbərimiz yoxdu, amma sən demə, Pamiri minlərlə insan arayırmış. Hamınız oğlumuzu öz övladınız hesab etdiniz. Allah hamınızdan razı olsun!"


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan balaca Pamirin atası Sərdar Dikdikə zəng vuraraq ona başsağlığı verib.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.