Dünya

Ukrayna DİN: Xarkovda vilayətin dövlət administrasiyasının binası azad edilib

7 Aprel 2014 12:40
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarkovda vilayətin dövlət administrasiyasının binası mitinqçilərdən tamamilə azad edilib

Trend-in məlumatına görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov "Facebook"dakı səhifəsində bildirib.

O deyib: "İş prosesi başlayıb. Kömək edənlər çox sağ olsunlar. Mən Xarkovda işləyirəm. Xarkovlulardan adekvat nizamlanma prosesini dəstəkləmələrini xahiş edirəm".

Qeyd edək ki, dünən Ukraynanın şərqində etiraz aksiyaları keçirilib. KİV-in xəbər verdiyi kimi, mitinqlərdən sonra fəallar Xarkovda və Donetskdə vilayətin dövlət administrasiyalarının binalarını ələ keçiriblər, Luqanskda isə Ukraynanın Təhlükəsizlik Xidmətinin binasını hücumla alıblar və Milli Bankın filialını ələ keçiriblər.

Ukraynada fevralın 22-də hakimiyyət dəyişikliyi baş verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.