Dünya

İranda cəza çəkən iki vətəndaşımız qaytarıldı

7 Aprel 2014 12:16
0 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran həbsxanalarında cəza çəkən iki Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

Bu barədə Trend məlumatlı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, məhbusların təhvil verilməsi Azərbaycan və İran arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub.

İranın tnews.ir xəbər portalının məlumatına görə, İranda cəza çəkən və Azərbaycana qaytarılmış bu iki məhbus casusluqda ittiham olunurmuşlar. Saytın məlumatına görə, qaytarılmış məhbusların birinin adı Eyvaz Məmmədovdur.

Qeyd edək ki, ötən gün həmçinin Azərbaycan həbsxanalarında cəza çəkən 14 İran vətəndaşı Astara keçid məntəqəsində İranın məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib. Yaxın günlərdə Azərbaycan həbsxanalarında cəza çəkən daha 9 məhbusun İrana qaytarılması nəzərdə tutulub.

Bundan öncə mart ayının 20-də Azərbaycan həbsxanalarında cəza çəkən 11 İran vətəndaşı Astara keçid məntəqəsindən İrana qaytarılmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.