Dünya

Səfir: "ABŞ Türkiyədə "Youtube"a girişə qadağa qoyulmasından narazıdır"

7 Aprel 2014 11:34
1 Şərh     Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ Türkiyədə "Youtube" sosial şəbəkəsinə girişə qadağa qoyulmasından narazıdır və bu qadağanın aradan qaldırılacağına ümid edir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone Türkiyənin "Hürriyet" qəzetinə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı bu ölkə ilə ABŞ-ın münasibətlərinə mənfi təsir edə biləcək hadisə olub, yəni "Twitter" şəbəkəsində mikrobloqlara və "Youtube" sosial şəbəkəsinə girişə qadağa qoyulub:

"Türkiyə demokratik ölkədir, eləcə də ABŞ-ın etibarlı tərəfdaşıdır. Birləşmiş Ştatlar ümid edir ki, Ankara yaxın günlərdə "Youtube" sosial şəbəkəsinə girişə qoyulan qadağanı aradan qaldıracaq".

Bir müddət əvvəl Türkiyədə "Youtube" sosial şəbəkəsinə girişə qoyulan qadağa məhkəmənin qərarı ilə aradan qaldırımışdı. Lakin aprelin 5-də Türkiyədə "Youtube" sosial şəbəkəsinə girişə yenidən qadağa qoyulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.