Dünya

Rus kapitanı qətlə yetirən azərbaycanlılar dindirildilər

7 Aprel 2014 11:49
1 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada azərbaycanlı tərəfindən öldürüldüyü artıq təsdiqini tapan kapitanın qətli ilə bağlı yeni faktlar ortaya çıxıb

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, məlum olub ki, kapitan Sergey Jadobkin cinayətkarları saxlamağa çalışan zaman qətlə yetirilib. Vəzifəsini icra edərkən odlu silahdan açılan atəşlə qətlə yetirilən kapitanın ölümündən sonra mükafatlandırılacağı deyilir.

Oğurluq etdiyi üçün axtarışda olan və kapitanı qətlə yetirən 48 yaşlı azərbaycanlının saxlanılan digər dostları isə dörd saata yaxın dindiriliblər. Saxlanılanlar rus dilini bilmədikləri üçün vaxtın çox hissəsi tərcüməçi axtarmağa sərf olunub.

Kapitanı qətlə yetirən Mirzə Sarıyev isə hazırda xəstəxanadadır. Belə ki, saxlanılan zaman o, özünü ayağından yaralayıb. Yaxın saatlarda ona qarşı ittiham irəli sürüləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.