Dünya

Ermənistan çıxılmaz vəziyyətə düşüb

7 Aprel 2014 10:24
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Hesab edirəm ki, Ermənistanın özündə verilən qiymətləndirmələr, şübhəsiz ki, ölkənin sosial-iqtisadi və maliyyə durumunu açıq-aşkar göstərir. Həmçinin dövlətçiliyin ağır dövrlər yaşadığı görünür". 

Milli.Az xəbər verir ki, bu sözlər Day.Az saytına açıqlamasında azərbaycanlı millət vəkili Zahid Oruc bildirib. 

Qeyd edək ki, Ermənistanda proqnozlaşdırılan 10% iqtisadi artım əvəzinə 15% iqtisadi tənəzzül qeyd alınıb. Erməni ekspertlərin fikirlərinə görə, pozitiv proqnozlar üçün əsas yoxdur, ancaq Ermənistan iqtisadiyyatındakı biabırçı faktlardan danışmaq üçün əsas var. 

Zahid Orucun sözlərinə görə isə, baş nazirin istefasının fonunda, demək olar ki, ölkədaxili vəziyyət artıq siyasətə də təsirini göstərməkdədir. 

"İqtisadiyyatın 15% düşməsi insanların həyatında ciddi izlər buraxacaq. Misal üçün, 2013-cü ilin ortalarında kənd təsərrüfatının inkişaf etdirilməsi planlaşdırılırdı, müvafiq siyasət hazırlanmışdı. Sonradan isə dövlət öz öhdəliklərini yerinə yetirə bilmədiyi üçün çoxsaylı ixtisarlar müşahidə olundu", - o əlavə edib. 


Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.