Dünya

İtmiş təyyarədən xəbər var - FOTO

7 Aprel 2014 11:55
3 Şərh     Baxış: 5 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Malaysia Airlines" aviaşirkətinin yoxa çıxmış Boeing 777-200 ER avialaynerinin axtarışları davam edir.

Martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdakı beynəlxalq hava limanından səmaya qalxaraq MH370 reysi ilə Çinin paytaxtı Pekinə yönəlmişdi.


Təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.

Lakin 2 saat sonra təyyarə radarlardan yoxa çıxıb. Təyyarə hələ də tapılmayıb.


Milli.Az Asia Times-a istinadən bildirir ki, son məlumatlara görə, təyyarənin pilotları radarlara düşməmək üçün əllərindən gələni ediblər.

Malayziya hökumətindəki mənbələr bunu CNN-ə bildiriblər.


"Təyyarə hərbçilərimizin radarlarından İndoneziyanın hava məkanında yoxa çıxıb. Pilotlar təyyarənin aşkarlanmasının qarşısını almaq üçün belə marşrutu bilərəkdən seçə bilərdilər. Təyyarə İndoneziyanın şimalında uçandan sonra qəflətən Hind Okeanına tərəf dönüb", - mənbə deyib.

10 ölkənin təyyarələri və gəmiləri isə Avstraliyanın Perta şəhərindən 1860 km şimal-qərbdə, Hind okeanının cənubundakı arealda laynerin qalıqlarını arayırlar.


Həmin bölgədə təyyarənin "qara qutu"su ola bilər. Çinin "Hiaxun 01" patrul gəmisinin "qara qutu"dan verilə biləcək siqnalı aşkarladığı vurğulanır.

Yoxa çıxmış Boeing-in axtarışları məqsədilə Avstraliyada yaradılmış Koordinasiya Mərkəzinin rəhbəri Anqus Hyustonun dediyinə görə, alınan məlumatların yoxlanılmasına ehtiyac var.


Həftələrlə davam edən axtarışlar bir nəticə verməsə də, Malayziyanın müdafiə naziri Hişamuddin Hüseynin sözlərinə görə, qalıqlar tapılana qədər aramalar davam edəcək.


Bu arada Britaniyanın Kral Hərbi-Dəniz Qüvvələrinin "HMS Echo" gəmisi də axtarış bölgəsinə yönəlib.

84 min dəniz mili sahəsi olan axtarış bölgəsində hazırda 12 təyyarə və 13 gəmi təyyarənin qalıqlarını arayır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.