Dünya

Milyonçunu məşuqə tora saldı, güllələtdirdi - FOTO

7 Aprel 2014 12:01
1 Şərh     Baxış: 2 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın tanınmış iş adamlarından biri, qızıl və zinət əşyaları ilə məşğul olan multimilyonçu Endryu Buş qətlə yetirilib.

Onu İspaniyanın Kosta del Sol bölgəsindəki Estepona şəhərindəki villasında güllələyiblər.
 

Polis əslən Slovakiyadan olan sarışın Mayka Marika Kuçukovanı arayır. İlkin məlumatlara görə, E.Buşun məşuqəsi olan bu qadın miltimilyonçunu tələyə salıb, villada pusqu hazırlayıb. Qatil Buşu güllələyəndən sonra sarışın qadınla birlikdə Hummer avtomobilinə oturaraq aradan çıxıblar.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Bristol şəhərinin sakini olan Endryu Buşun başına tapançadan iki dəfə atəş açıblar.

Qətldə mərhum multimilyonçunun sabiq məşuqəsi Mayka Marika Kuçukova və bilavasitə qətli yerinə yetirən şəxs suçlanır.
 

"Qatil Endryu Buşu villasınla bir neçə gün gözləyin. İlkin ehtimallara görə, qatillə Mayka Kuçukova əlbir olublar və Buşun öldürülməsi planını hazırlayıblar. Endryu Buşun İspaniyaya yollanmaq fikri yoxdu. Lakin Cənubi Uelsdə villası olan bu iş adamına Mayka zəng vurub, Esteponada "eşq gecələri" keçirmək istədiyini deyib. Buş da qadının hiyləsinə uyub, məkrli planın qurbanı olub. Villada isə iş adamını qatil gözləyirmiş", - Marbelya polisinin açıqlamasında deyilir.
 

Endryu Buşun Estepona ilə yanaşı, San Pedro de Alkantrada villası vardı.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.