Dünya

"Allahu əkbər!" deyib güllələdilər - FOTO

5 Aprel 2014 22:13
9 Şərh     Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Əfqanıstanda məşhur jurnalist, Associated Press agentliyinin hərbi fotoqrafı Anya Nidrinqhaus həlak olub. Əynində polis forması olan terrorçu "Allahu əkbər!" qışqıraraq onu güllələyib.
 

Milli.Az AP-yə istinadən bildirir ki, hücum zamanı AP-nin reportyoru Keti Qannon yaralanıb. A.Hidrinqhaus və K.Qannon bu gün Əfqanıstanda keçiriləcək prezident seçkilərindən reportajlar hazırlayacaqdılar.
 

Karyerası ərzində Anya Nidrinqhaus sabiq Yuqoslaviya, İsrail, Fələstin, İraq, Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlardan fotoreportajlar hazırlayıb.

Bundan başqa, o, müxtəlif idman yarışlarında, o cümlədən Olimpiadalarda çalışıb.
 

Fotolarına görə Nidrinqhaus bir çox nüfuzlu beyənlxalq mükafatlar, o cümlədən Pulitser mükafatını almışdı.

Anya Nidrinqhausun son reportajlarından birini təqdim edirik.
 

Seriya Əfqanıstan prezidenti Həmid Kərzayın portretlərinə həsr olunub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.