Dünya

İranda zəlzələ olub

5 Aprel 2014 18:35
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıntı və tələfat barədə məlumat verilmir

İranda 3.7 bal gücündə zəlzələ olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu gün günorta saatlarında baş verən zəlzələ Axar şəhərindən 19 km cənub-qərbdə baş verib. Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Qeyd edək ki, zəlzələlərin tez-tez qeydə alındığı İranda bu ilin fevral ayında Hörmüzqan vilayətinin Bəstək şəhərində 5,5 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 1 nəfər dünyasını dəyişmiş, 30 nəfər isə yaralanmışdı.

Ötən ilin təkcə aprel ayında isə İran ərazisində 3 zəlzələ baş vermişdi. Nəticədə 33 nəfər ölüb, 877 nəfər yaralanmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.