Dünya

Rusiya səfirlərinin telefon danışığı: "Krım hələ başlanğıcdır"

5 Aprel 2014 13:16
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə Rusiyanın Malavi və Zimbabvedəki səfiri Sergey Baxarev və Eritreyadakı səfiri İqor Çubarovun şok telefon danışığı yayılıb

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, telefon danışığı BMT-də Ukrayna ilə bağlı keçirilən iclasdan sonra baş tutub.

Telefon söhbəti zamanı İqor Çubarov Zimbabvenin BMT-dəki nümayəndəsinin Ukrayna ilə bağlı məsələdə düzgün mövqe tutduğuna görə Sergey Baxarevi təbrik edib. Baxarev isə Çubarovdan Eritreyanın Ukrayna məsələsində niyə bitərəf qaldığını soruşub. Hər iki səfir Eritreyanın belə mövqeyindən təəccübləndiyini deyib.

Bundan başqa İqor Çubarov səfiri olduğu ölkəsini Abxaziya və Cənubi Osetiyanı tanımağa məcbur edəcəyinə söz verib.

Daha sonra Krımın Rusiyaya birləşdirilməsindən danışan səfirlər bunun başlanğıc olduğunu deyiblər: "Sırada hələ başqa muxtar bölgələr də var".

Rusiyanın Xarici İşlər Nazirliyi sözügedən telefon danışığı ilə bağlı açıqlama verməkdən imtina edib və səsyazısını "bəzi səslər, titrlər, şəkillər olan video" adlandırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.