Dünya

Nurçuların məktəblərinə daha bir zərbə

5 Aprel 2014 13:25
11 Şərh     Baxış: 3 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda ABŞ-ın Pensilvaniya ştatına sığınmış Fətullah Gülənin lideri olduğu "nurçuluq" hərəkatı və "Xizmət" cərəyanının məktəblərinə Türkiyədə daha bir ağır zərbə hazırlanır.
 

Milli.Az DHA-ya istinadən bildirir ki, Türkiyənin Milli Təhsil Nazirliyinin (Milli Eğitim Bakanlığı, MEB) qərarı ilə özəl ali təhsil müəssisələrindən dövlət məktəbləri və universitetlərinə keçidlərdəki məhdudiyyətlər ləğv olunub. Minimal bal toplamış tələbə və şagirdlərin istisnasız olaraq hamısı nurçuların məktəblərindən dövlət məktəbləri və universitetlərə keçə bilərlər.
 

Qərar Fətulla Gülən tərəfdarlarının yaratdıqları və ya onların nəzarətində olan ali təhsil müəssisələrinə də şamil olunur.

Qərarı nazir Nabi Avcı imzalayıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.