Dünya

Rusiya vətəndaşı olmaq istəyənlər üçün xəbər var

5 Aprel 2014 11:24
0 Şərh     Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
MDB ölkələrində yaşayanların Rusiya vətəndaşlığına qəbul edilməsi sadələşir. 

Ötən gün Rusyanın Dövlət Dumasında ikinci və üçüncü oxunuşlarda rus dili daşıyıcılarının Rusiya vətəndaşlığına qəbul olunması haqqında qanun layihəsi qəbul olunub. Vətəndaşlığa qəbul ərizələrinə baxılma müddəti də qısaldılacaq. 

Qanun, ilk növbədə, Krım və Sevastopola şamil ediləcək. 

Qəbul olunan qanuna əsasən, xarici vətəndaş rusdilli olduğunu sübut etmək üçün xüsusi komissiyadan keçməlidir. Bunu yalnız özləri və ya valideyinləri Rusiya Federasiyası, SSRİ və Rusiya İmperiyası ərazilərində yaşamış insanlar edə bilərlər. 

Qanuna əsasən, vətəndaşlığın qəbul edilməsi proseduru üç aydan artıq çəkməməlidir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.