Dünya

Yaponiya Şimali Koreya ilə müharibəyə başlayır?

5 Aprel 2014 11:01
0 Şərh     Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyanın müdafiə naziri İtsunori Onodera Şimali Koreyanın raketlərinin öz ölkəsi üçün təhlükə törədəcəyi təqdirdə məhv edilməsi barədə əmr verib. 

Əmr iki gün öncə verilib. Ancaq ölkə hökuməti həmin əmr barədə ictimaiyyətə məlumat verməmişdi. Əmr aprelin 25-ə qədər qüvvədə olacaq. 

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, əmrin icrası üçün Yapon dənizində "Aegis" silahları ilə təmin edilmiş gəmilər xidmət aparacaq. 

Qeyd edək ki, mart ayında Şimali Koreya Yapon dənizinə iki ədəd raket atıb. Yaponiyanın müdafiə nazirliyinin məlumatına görə, hər iki raket 600 km yol qət ediblər. Bunlar 1300 km məsafədə hərəkət edə bilən "Nodon" raketlərinin modifikasiya olunmuş versiyasıdır. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.