Dünya

Yeni bələdiyyə başçısı tramvayda - FOTO

5 Aprel 2014 11:33
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaziantep bələdiyyəsinin sədri olmağa hazırlaşan Fatma Şahinin ictimai nəqliyyatda çəkilmiş şəkli yayılıb

Türkiyədə keçirilən son bələdiyyə seçkisinin qalibi olmuş, Qaziantep bələdiyyəsinin sədri olmağa hazırlaşan Fatma Şahinin ictimai nəqliyyatda çəkilmiş şəkli yayılıb.

Milli.Az-ın anspress-ə istinadən xəbərinə görə, F.Şahinin tramvayda şəhər sakinləri ilə çəkilmiş fotosu sosial şəbəkədə nümayiş olunur.

Tramvayda dolaşdıqdan sonra şəhərdə gəzən və vətəndaşların problemləri ilə maraqlanan Şahin topdan meyvə satışı bazasında da olub.

Qeyd edək ki, Türkiyənin vilayətlər üzrə 4 qadın bələdiyyə başçısından biri olan Fatma Şahin sabiq ailə və sosial siyasət naziridir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.