Dünya

ABŞ Suriya üsyançılarına hərbi yardımı artırır

5 Aprel 2014 10:48
0 Şərh     Baxış: 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Suriya üsyançılarının son dövrlər aktivləşməsi fonunda ABŞ hakimiyyəti onlara hərbi  yardımın artırılması üzrə plan hazırlayır. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin plan artıq sona çatmaq üzrədir. 

Son üç il ərzində 130 min nəfərin öldüyü Suriya münaqişəsində son dövrlər hökumət qüvvələrinin qeyri-qanuni hərbi birləşmələr ilə qarşıdurması kəskiləşib. 

Plana əsasən, üsyançılara xüsusi təlimlər keçiriləcək, onlar silah-sursatla təmin olunacaqlar. 

Bununla belə, üsyançılara zenit-raket komplekslərini, tank əleyhinə silahların verilməsi nəzərdə tutulmur. 

Üsyançılara təlim keçirilməsinə ABŞ-la yanaşı, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Fransa dəstək verəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.