Dünya

Çin silkələndi: yaralılar var

5 Aprel 2014 10:03
0 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi yerlərdə evlərin dağıldığı, yolların sıradan çıxdığı və uçqunların olduğu bildirilir

Çində insanların xəsarət alması ilə nəticələnən zəlzələ baş verib.

Milli.Az-ın anspress-ə istinadən xəbərinə görə, bu gecə Çinin cənub-qərbində 5,3 bal gücündə zəlzələ meydana gəlib. İlkin məlumatlara əsasən, zəlzələdə ən az 3 nəfərin yaralandığı bildirilir.

Yeraltı təkanın episentri Siçuan əyalətində, Siludu kəndi yaxınlığında baş verib. Ölkənin ən böyük hidroelektrik stansiyalarından biri məhz bu kənddədir. Hal-hazırda su elektrik stansiyası normal fəaliyyətini davam etdirir.

Yunnan əyalətinin Yunşan rayonunda da evlərin dağıldığı, yolların sıradan çıxdığı və uçqunların olduğu bildirilir.
Hadisə yerinə xilasetmə briqadası və müfəttişlər göndərilib.

Qeyd edək ki, yeraltı təkanları Siçuan əyalətinə yaxın sakinlər də hiss edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.