Dünya

İndoneziyada torpaq sürüşməsi 16 nəfərin həyatına son qoydu

5 Aprel 2014 09:27
0 Şərh     Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İndoneziyanın şərqi və mərkəzi bölgələrində baş vermiş üç torpaq sürüşməsi nəticəsində 16 nəfər həlak olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sürüşmə ucbatından qatar relsdən çıxıb. 

Mütəxəssislər İndoneziyada tez-tez torpaq sürüşmələrinin baş verməsini meşələrin sürətli kəsilməsi ilə izah edirlər. 

Ən güclü təbii fəlakət 2010-cu ildə baş vermişdi. Həmin vaxt Qərbi Papua vilayətində üç metr hündürlüyündə palçıq axını Vasior şəhərinə gəlmişdi. 160 nəfər həlak olmuşdu. Təxminən həmin qədər də adam itkin düşmüşdü. 3,5 min nəfər yaralanmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.