Dünya

Avropa Birliyinin qərargahları yerləşən şəhərdə aləm qarşıdı, 30 nəfər xəsarət aldı

5 Aprel 2014 09:15
0 Şərh     Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Brüsseldə polislə nümayişçilər arasında baş vermiş toqquşmada 30 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, APA-nın "Gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, xəsarət alanların arasında polis əməkdaşları da var.

İğtişaşlar Avropa Birliyinin qərargahları yerləşən məhəllədə başlayıb. Etirazçılar Avropa Birliyi tərəfindən həyata keçirilən sərt qənaət tədbirlərinə qarşı çıxıblar, yüksək ixtisaslı mütəxəssislər üçün iş yerlərinin açılmasını tələb ediblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, etiraz aksiyasında 25 min nəfər iştirak edib. Nümayişin təşkilatçıları isə bu rəqəmin 50 min olduğunu iddia edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.