Dünya

Türkiyədə məhkəmə YouTube-a girişin qadağan olunması barədə qərarı qüvvədə saxladı

5 Aprel 2014 09:03
0 Şərh     Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə məhkəmə YouTube-a girişin bağlanması barədə qərarın qüvvədə saxlanması barədə qərar verib.

Milli.Az xəbər verir ki, APA-nın "Haberturk"ə istinadən verdiyi məlumata görə, Ankaranın Gölbaşı Cinayətlər Məhkəməsi bu qərarını cinayətə səbəb olan materialların YouTube-dan qaldırılmaması ilə əsaslandırıb.

Qeyd edək ki, məhkəmə aprelin 4-də YouTube-a girişin qadağan olunması barədə qərarı ləğv etmişdi. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə YouTube-a daxil ola biləcəkdilər.

Lakin aprelin 5-də gecə saatlarında qərar dəyişdirilib.

Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında Twitter-ə girişin qadağan olunması barədə qərarı ləğv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.