Dünya

Şimali Koreya diktatoru biabır oldu - FOTO

5 Aprel 2014 10:52
0 Şərh     Baxış: 2 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya Xalq-Demokratik Respublikasındakı diktatura rejimi Cənubi Koreyaya pilotsuz uçan aparatlar (dronlar) yollayır.


Milli.Az AsiaOne-a istinadən bildirir ki, Cənubi Koreyanın Müdafəi Nazirliyinin yaydığı məlumata görə, Şimali Koreyadan buraxılmış 2 dron kəşfiyyat uçuşunu yerinə yetirərkən yerə düşüb.


Bu dronlar çox primitiv uçan qurğular təsiri bağışlayır.


"Həmin pilotsuz uçan aparatlardan biri Könqido vilayətindəki Phacu şəhərinin yaxınlığında, digəri isə Sarı dənizdəki Pannöndo adasında yerə düşüb. Aparatlar Cənubi Koreyada kəşfiyyat uçuşları edərək strateji obyektlərin şəkillərini çəkiblər. Həmin obyektlər arasında paytaxt Seulun ətrafındakı hərbi hissələr və bazalar, habelə Cənubi Koreya prezidentinin iqamətgahı vardı", - Cənubi Koreyanın Müdafiə
Nazirliyinin açıqlamasında deyilir.


Şimali Koreyanın dronları 193 foto çəkiblər.

Fəqət, kəşfiyyat missiyası dronların primitiv konstruksiyalı olduğuna görə puç olub.


Çəkilişlər adi, yarımpeşəkar "Canon" fotokamerası ilə aparılıb. Üstəlik, dronlar Şimali Koreyaya qayıtmalı idilər ki, Kim Çen In rejiminin hərbçiləri həmin fotolara baxa bilsinlər.


Rəsmi Pxenyan bu açıqlamanı "Cənubi Koreyadakı xainlərin və imperialist nökərlərinin şayiələri, böhtanları" kimi dəyərləndirib.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.