Dünya

Evdən məzar çıxdı - FOTO

5 Aprel 2014 13:12
1 Şərh     Baxış: 2 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hert Nilsson qonaq otağını təmir etmək fikrinə düşmüşdü. O, otağın döşəməsini də sökdü və torpağı qazaraq, beton üçün zəmin hazırlamağa başlayanda belin daşa dəydiyini hiss etdi. Həmin yeri qazanda isə orada sinədaşı olduğunu gördü.
 

Milli.Az The Local-a istinadən bildirir ki, olay İsveçin cənubunda, Malmö şəhərinin yaxınlığındakı kiçik Fuqli şəhərciyində yaşanıb.

Hert Nilssonun dediyinə görə, evinin qonaq otağında olan məzar 19-cu əsrə aiddir.
 

Yerli keşiş İnqer Kirqström deyib ki, həmin məzarı şəhərciyin kənarındakı qəbiristanlıqdan evə 1904-cü ildə köçürüblər.

"Keşiş dedi ki, məzarda bir qadın və iki kişi dəfn olunub. Sinədaşında da belə yazılıb", - H.Nilsson deyib.
 

Polisdən verilən məlumata görə, məzarda 1843-cü ildə vəfat etmiş Yons Eriksson, 1851-ci ildə vəfat etmiş Mans Nilsson və onun xanımı, 1884-cü ildə 68 yaşında ölmüş Karna Mansdottir dəfn olunub.
 

Hert Nilsson məzardakı nəşləri çıxarıb bağında yenidən dəfn etmək niyyətindədir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.