Dünya

NATO-dan Gürcüstana zərbə

2 Aprel 2014 20:53
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rasmussen: "Gürcüstanın alyansa üzv olması istiqamətində atdığı addımlar dəyərləndiriləcək"

"Gürcüstanın NATO-ya üzv olması barədə danışmaq hələ çox tezdir".

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Anders Foq Rasmussen NATO ölkələrinin xarici işlər nazirlərinin iclasında bəyan edib.

Rasmussen bu ilin iyun ayında NATO xarici işlər nazirlərinin Gürcüstan və digər ölkələrin alyansa üzv olması ilə bağlı prosesi növbəti dəfə nəzərdən keçirəcəyini deyib.

"Gürcüstandakı demokratiyanı dəstəkləyirik. Lakin bu ölkənin NATO-ya üzv olması barədə danışmaq hələ tezdir. NATO-nun sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində Gürcüstanın alyansa üzv olması istiqamətində atdığı addımlar dəyərləndiriləcək. Onu deyə bilərəm ki, əməkdaşlıq etmək üçün geniş imkanlarımız var", - Rasmussen bildirib.

Baş katib Gürcüstandakı demokratik islahatları alqışlayıb və Gürcüstan hərbçilərinin NATO-nun hərbi əməliyyatlarında iştirak etdiyinə görə rəsmi Tiflisə təşəkkür edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.