Dünya

Türkiyə Konstitusiya Məhkəməsi Twitter qadağasının götürülməsi barədə qərar qəbul edib

2 Aprel 2014 20:26
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Türkiyənin Konstitusiya Məhkəməsi Twitter sosial şəbəkəsinin bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb.

Milli.Az xəbər verir ki, APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi sosial şəbəkənin bağlanmasını istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirib.

Məhkəmə istifadəçilərin hüquqlarının dərhal bərpa edilməsi barədə qərarı müvafiq qurumlara göndərib.

Qeyd edək ki, AKP hökuməti üzvlərinin səs kasetlərinin Twitter sosial şəbəkəsində yayılmasının qarşısını almaq üçün İnformasiya və Rabitə Qurumuna müraciət edərək ölkədə Twitter sosial şəbəkəyə girişi bağlatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.