Dünya

Yezidlər ermənilərdən hörmət tələb edirlər

2 Aprel 2014 16:20
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Milli Məclisinin Etika Komissiyası Ermənistan yezid icmasının şikayətini araşdırmağa başlayıb. Yezid icması, onların milli ləyaqətini təhqir etdiyinə görə, millət vəkili Manvel Badeyanın üzr istəməsini tələb edirlər.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, Ermənistan yezid icmasını hakim Respublikaçılar Partiyası parlament fraksiyasının üzvü Manvel Badeyan yezidlərin ünvanına - onların fikrincə - həqarətli ifadəsi hiddətləndirib.
 

Yerli televiziya kanallarından birində "Nə? Harada? Nə vaxt?" verilişində iştirak edən Manvel Badeyan jurnalistlərdən birinin: "Ermənistan televiziyasında rus dilində aparılan verilişin Ermənistan hökuməti tərəfindən maliyyələşdirilməsi düzgündürmü?" - sualını cavablandıran millət vəkili deyib: "Elə bilirsən, jurnalistsənsə axmaq sual verməyə ixtiyarın var? Doğurdanmı belə səviyyəsizsən? Küçədə dayanan yezid belə sual versəydi, təəcüblənməzdim".

Ermənistanda yaşayan 40 mindən çox yezidi özündə birləşdirən icma millət vəkilinin bütün yezid xalqını təhqir etdiyini bildirir. Sincar yezidlər birliyinin rəhbəri Boris Tamoyan deyir ki, millət vəkili yezidlərdən üzr istəsə belə, onlar şikayət ərizəsini geri götürməyəcəklər.

"Biz istəyirik ki, hökuməti təmsil edən Etika Komissiyası bu fakta qiymət versin. Bizim üçün bu vacibdir. Üzr istəməsi artıq gecdir", - Boris Tamoyan deyib.


Etika Komissiyası yezid kürdləri icmasının şikayətini araşdırıb və növbəti iclasda Manvel Badeyanın izahatını dinləməyə hazırlaşır.

Manvel Badeyan daha əvvəl bəyan edib ki, yezidləri təhqir etmək fikri olmayıb, "küçələri süpürən yezidləri" nəzərdə tuturmuş və qeyd edib ki, "jurnalistlərin səviyyəsi daha yüksək olmalıdır".


"Millət vəkilinin bu izahatı yezidləri daha da hiddətləndirib", - deyir Yezidlərin Milli Komitəsinin təmsilçisi Saşik Sultanyan.

"Manvel Badeyan öz izahatında peşman olduğunu bildirməyib, sadəcə eyni fikrini başqa formada ifadə edib. Bizi indi onun nə nəzərdə tutduğu maraqlandırmır. Biz bu fakta rəsmən qiymət verilməsini istəyirik", - o deyib.
 

Millət vəkili isə mətbuata açıqlamasında üzr istəmək niyyətində olmadığını bildirib və deyib ki, "heç bir yezidi təhqir etmək" istəməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.