Dünya

Avropa İttifaqından Krıma qadağa

2 Aprel 2014 14:32
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa İttifaqı (Aİ) Krıma, o cümlədən Sevastopola və Simferopola bütün uçuşlara, eləcə də bu şəhərlər üzərindən tranzit reyslərə müvəqqəti qadağa qoyub. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Avropa Avianaviqasiya Xidmətinə istinadən xəbər yayıb.
 
Xidmətdən qadağanı onunla izah ediblər ki, yarımadanın hava məkanına Ukrayna aviadispetçerləri tərəfindən nəzarət edilmir.

Bəyanatda deyilir: "Bütün naviqasiya xidmətləri [Aİ] növbəti sərəncama qədər həmin aeroportlar istiqamətində gedən və onlardan gələn, eləcə də onlar vasitəsilə tranzit keçən reysləri qəbul etməyəcək".

Xidmət avropalı daşıyıcıları alternativ marşrutlarla işləməyə çağırıb. Bu qərar Aİ ölkələrinin Krımın Rusiyaya birləşdirilməsini tanımaqdan imtinasının birbaşa nəticəsidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.