Dünya

Terrorçular azərbaycanlı qadınları Suriyaya çağırırlar

2 Aprel 2014 14:41
3 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Publika.az-a istinadən bildirir ki, terrorçuların saytında bu barədə təbliğat materialları yerləşdirilib.

Materiallarda Allahın adına istinad edərək bunun vacib olduğu deyilir. Daha sonra vəhhabi alimi İbn Mülakkinin bu sözləri yayımlanır: "İslam ölkələrindən din uğrunda müharibələrə hicr etmək (köçmək, burada qoşulmaq mənasında-red) vacibdir. Bu məsələdə alimlər eyni fikirdədirlər. Hətta qadınlara valideynləri və ərləri icazə verməsə də".
 

Daha sonra vəhhabilər "imamları" Ən-Nəvavinin bu barədə dediyini sitat gətirirlər: "Alimlər o fikirdə yekdildirlər ki, məhrəmsiz Həccə və Ümrəyə səfər etmək yaxşı deyil. Amma qeyri-müsəlman torpaqların tutulmasında bu başqa cürdür. Əgər bu varsa, məhrəmsiz də ora getmək olar".
 

Bundan başqa valideynlərin icazəsi olmadan din uğrunda döyüşlərə qatılmaq məsələsi ortaya atılır və qeyd edilir ki, Allah valideynlərə xeyirxah olmağı vəsiyyət edir.
 

"Əgər onlara sənə qarşı çıxmağa başlayacaqlarsa, sən dinindən üz döndərmə və onlara tabe olma", - deyə bildirilir.
 

Məqalədə müsəlman qadınlar din uğrunda döyüşə çağırılırlar. Əgər valideynləri və həyat yoldaşları icazə verməsə, qarşı çıxsa, onlara tabe olmamaq tövsiyə olunur. İddia olunur ki, Suriyada gedən döyüşlər din uğrunda cihaddır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.