Dünya

Facebook-dan doğan qanlı cinayət: 65 bıçaq - FOTO

2 Aprel 2014 13:31
0 Şərh     Baxış: 5 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Facebook-da kiminsə öz şəklində işərələnməsinə qəzəblənənlər çoxdur. 16 yaşlı qızın qəzəbi isə o həddə çatıb ki, ən yaxın rəfiqəsinə 65 bıçaq vurmaqdan çəkinməyib. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 16 yaşı olan meksikalı Elizabet Qutyeres (fotoda soldakı qız - red.) ən yaxın rəfiqəsi Anel Baezin birgə çılpaq şəkillərini Facebook sosial şəbəkəsində yerləşdirməsindən çox qəzəblənib. 

Elizabet Twitter-də Anelə yazıb ki, bu hərəkətinə görə, onu öldürməyə hazırdır. Ancaq Anel rəfiqəsinin hədələrini ciddi qəbul etməyib. O, Elizabeti evinə dəvət edib. Qutyeres gələndə vannadan istifadə etməyi xahiş edib. Ancaq duş əvəzinə, o, mətbəx bıçağını götürərək rəfiqəsinə hücum çəkib. Onun kürəyinə 65 bıçaq zərbəsi vurub. 

Bundan sonra isə yeniyetmə qız paltarını və bıçağı təmizləyərək qaçıb. Bir müddət istintaqdan yayına bilib. Ancaq Elizabet rəfiqəsinin dəfninə qatılarkən polis onu saxlayıb. 

İndi onu 7 ilə qədər həbs gözləyir. Çünki Elizabet Meksika qanunvericiliyinə görə azyaşlı sayılır. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.