Dünya

Diktator 200 məmuru edam etdirəcək

2 Aprel 2014 12:45
2 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şimali Koreya ötən ilin sonunda ali lider Kim Çen Inın əmri ilə öldürülən "boz kardinal" ləqəbli Çan Son Txekə sadiq olan 200 yüksək çinli məmuru edam edəcək.

"Axar.az" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Çosun İlbo" agentliyi adının çəkilməsini istəməyən mənbəyə istinadən məlumat yayıb.

Bundan başqa, 1000 nəfərə yaxın ailə həbs düşərgələrinə göndəriləcək.

Mənbənin sözlərinə görə, Dövlət Təhlükəsizlik Departamenti Ali Məhkəmədən həmin şəxslər barəsində ölüm hökmü verməsilə bağlı razılıq alıb.

Edam Kan Kon hərbi akademiyasının poliqonunda partiya üzvləri, ölkə və ordu rəhbərliyinin gözləri qarşısında həyata keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.