Dünya

Ərdoğan prezident seçkilərində iştirak edəcək?

2 Aprel 2014 12:34
0 Şərh     Baxış: 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində iştirakı ilə bağlı məsələ hələlik dəqiqləşdirilməyib.

Bunu Baş nazirin müavini Bəşir Atalay deyib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Haber Türk" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, ölkədə prezident seçkiləri avqustun 10-na təyin edilib.

Bir müddət əvvəl Türkiyə KİV-i Ərdoğanın prezident seçkilərində öz namizədliyini irəli sürəcəyi ilə bağlı məlumat yaymışdı.

Türkiyədə prezident seçkiləri iki turda keçiriləcək. Əgər namizədlərdən heç biri birinci turda lazımi sayda səs toplamazsa, onda avqustun 24-də ikinci tur keçiriləcək.

2007-ci ildə keçirilən ikinci turun nəticələrinə görə, əvvəlki prezident seçkilərindən fərqli olaraq, 2014-cü ildən Türkiyədə prezident parlament deyil, xalq tərəfindən seçiləcək. Referendumun nəticələrinə uyğun olaraq, Türkiyənin dövlət başçısı əvvəlki yeddi il əvəzinə beş il müddətinə seçiləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.