Dünya

ABŞ Putinin itinə də sanksiya tətbiq etmək istəyir?

2 Aprel 2014 12:33
1 Şərh     Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ dövlət Departamenti Vladimir Putinin itinə qarşı da sanksiya tətbiq etmək istəyib. 

Ötən gün labrador cinsindən olan Koni ləqəbli it, ABŞ-a girişi qadağan olan rusiyalıların siyahısına salınacaqdı. Milli.Az xəbər verir ki, bu barədə Life News-a ABŞ Dövlət Departamentinə yaxın olan mənbə məlumat verib. 

Onun sözlərinə görə, sanksiyalara baxılarkən Koninin də siyahıya salınması təklif edilib. Sonuncu anda Dövlət Departamenti qərarını dəyişib. 

Labrador Koni Rusiya prezidentinin tək ev heyvanı deyil, həm də onun ən yaxın dostudur. Hətta ailəsinin üzvü də sayılır. Putinə təsir etmək üçün dövlət departamentinin bəzi nümayəndələri təklif edirdilər ki, məhz it də siyahıya salınsın. 

Konini 2000-ci ildə Putinə ölkənin fövqəladə hallar naziri hədiyyə etmişdi. 


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.