Dünya

Davudoğlu: "Hər bir ölkə öz vətəndaşlarını xarici təsirlərdən qorumaq hüququna malikdir"

2 Aprel 2014 13:08
0 Şərh     Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hər bir ölkə öz vətəndaşlarını xarici təsirlərdən qorumaq hüququna malikdir. Bunu Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu deyib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti xəbər yayıb.

Onun sözlərinə görə, "YouTube" və "Twitter" məhz vətəndaşların xarici təsirlərdən qorunması məqsədi ilə müvəqqəti bağlanıb.

Xatırladaq ki, martın 27-də "YouTube"da Suriyadakı vəziyyətə həsr edilmiş məxfi müşavirənin audioyazısı yayılmışdı. Yığıncaqda Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərləri iştirak ediblər. Bundan sonra isə Türkiyədə "YouTube"a giriş bağlanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.