Dünya

Ata qızı ilə toy etdi - VİDEO - FOTO

2 Aprel 2014 10:45
5 Şərh     Baxış: 8 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sizi ata və qız elan edirəm! Tanrı yardımçınız olsun, sizi hifz etsin!"
 

Keşişin bu sözlərindən sonra ata və qız ağlayıblar. Onlar anlayırdılar ki, həyatlarının bəlkə də ən parlaq gününü yaşayırlar. Bu günü də unutmaq mümkün deyildi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı Murrieta şəhərində yaşayan 62 yaşlı Cim Zetz ölümcül xəstədir. Onda 4-cü dərəcəli mədəaltı vəz xərçəngi var. Həkimlər son müayinədə Zetzə acı xəbər vermiş, onun həyatının başa çatmasına çox az qaldığını demişdilər.


Zetz də qızının toyunu görməyəcəyini anlayırdı. Bunun üçün də o, çox sevdiyi qızı Cozinin 11-ci ad gününü həm də "toy"a çevirmək qərarına gəldi.

"Qızımın toyunu görmək, onun ağ gəlinlik paltarında duraraq barmağına üzük taxacağı günün şahidi olmaq istərdim. Amma Tanrı bunu mənə qismət etməyəcək. Qızımdan və xanımımdan xahiş etdim ki, bu günü mənə yaşatsınlar. Kiçik də olsa, yalandan da olsa. Nakam getmək istəmədim", - Cim Zetz deyib.


11 yaşlı Cozinin ölümcül xəstə atası üçün ağ "gəlinlik" paltarı geydiyi mərasimin fotolarını məşhur toy fotoqrafı Lindsi Villatoro çəkib.

Daha doğrusu, bu mərasimin təşkilatçısı da L.Villatoro idi.


"Toy" Zetz ailəsinin evində, daha doğrusu, evin arxasındakı bağçada olub.

Cozinin anası Qreysi də göz yaşlarını saxlaya bilmirdi.


Bu mərasim barədə ABŞ-da xəbərlər yayılandan sonra reaksiyalar birmənalı olmayıb.

Psixoloqların əksəriyyəti hesab edirlər ki, Cim Getzin hisslərini anlasalar da, 11 yaşlı qıza gəlinlik paltarı geyindirmək, "psevdotoy" keçirmək uşağın psixi durumuna ağır zərbədir.


"O fotolarda balaca Coziyə baxın. Gözlərində qorxu, yaş... Ata öz arzusunu reallaşdırmaq üçün sevdiyini söylədiyi qıza belə ağır psixoloji zərbə vurarmı?! Cim Getzin hisslərini anlayıram. Lakin ata eqoistcəsinə davranaraq qızına belə əzab verməməli idi", - tanınmış psixoloq Marta Bencamin deyib.



Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.