10:31
Çili sahillərində güclü zəlzələ baş verib. APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Xidməti zəlzələnin dənizin 20,1 kilometr dərinliyində baş verdiyini və 8,2 bal gücündə olduğunu açıqlayıb. Episentr Çilinin şimalındakı İkike liman şəhərinin 100 kilometrliyinə təsadüf edib.
Təkanlar Qrinviç üzrə saat 23:46-da qeydə alınıb.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində 5 nəfər - 4 kişi və 1 qadın ölüb. Ölənlərdən 3-ü dağıntılar altında qalıb, 2-si isə infarkt nəticəsində dünyasını dəyişib.
Təkanlar nəticəsində okeanda sunami əmələ gəlib. Çili Hərbi-Dəniz Donanması 2,3 metr hündürlüyündə ilk sunami dalğasının zəlzələdən 45 dəqiqə sonra sahilə çatdığını açıqlayıb. Hakimiyyət orqanları sahillərdəki yaşayış məntəqələrinin əhalisinə ərazidən uzaqlaşmaq barədə xəbərdarlıq ediblər.
Ölkənin bəzi yerlərində torpaq sürüşmələri də baş verib, bəzi yollar kəsilib. İkike şəhərindəki qadın həbsxanasında cəza çəkən 300 məhbus qaçıb. Hələlik onlardan yalnız 16 nəfəri yaxalanıb.
-----------
10:11
Çilinin İkike şəhərində aprelin 1-də axşam baş vermiş güclü zəlzələdən sonra qadın həbsxanasından kütləvi qaçış baş verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi Çilinin daxili işlər naziri Rodriqo Penyaililoya istinadən xəbər yayıb.
DİN-in məlumatına görə, həbsxanadan eyni vaxtda 300-dən artıq dustaq qaçıb. Hakimiyyət hələlik onlardan 16 nəfərini tutmağa nail olub. İlkin məlumatlara görə, islah müəssisəsinin bir hissəsi yeraltı təkanlar zamanı dağılıb ki, bu da kütləvi qaçış üçün şərait yaradıb.
KİV xəbər verir ki, Çilidəki zəlzələ zamanı bir neçə nəfər yüngül xəsarət alıb. Hündür binalara ziyan dəyməyib.
Bir qədər əvvəl hakimiyyət sunami təhlükəsi ilə əlaqədar ölkənin bəzi sahilyanı rayonlarından əhalinin köçürüldüyünü elan edib.
Çilinin Milli Seysmoloji Mərkəzinin dəqiqləşdirilmiş məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub.
----------
09:05
Çili sahillərində 8.2 bal gücündə zəlzələ baş verib.
APA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Xidməti Çili, Peru və Ekvador üçün sunamı təhlükəsi elan olunub.
Zəlzələnin ocağı 10 km dərinlikdə, episentri isə Çilinin liman şəhəri olan İkike şəhərindən 86 km şimal-qərbdə yerləşib.
Sunami təhlükəsi ilə əlaqədar olaraq ölkə rəhbərliyi sahilyanı rayonların köçürülməsi barədə elan edib.
Rəsmi qurumların məlumatına görə, insan tələfatı yoxdur və binalara ciddi zərər dəyməyib.
Milli.Az
---------
10:19
Videonu izləmək üçün şəklə klikləyin.
-----------
10:47
Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Corc qardaşının hazırkı vəziyyətindən danışdı - FOTO
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO