Dünya

Ermənistanda 50 İran vətəndaşı girov saxlanıldı

31 Mart 2014 17:54
0 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz tətilini keçirmək üçün Ermənistanı seçən bir qrup İran vətəndaşı çətin vəziyyətə düşüb

APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran vətəndaşları tətil başa çatdıqdan sonra qaldıqları hoteli tərk etmək istəsələr də, obyektin rəhbərliyi buna icazə verməyib.

Buna səbəb turizm agentliyinin lazımi vəsaiti hotelə ödəməməsi olub.

Nəticədə İranın Məşhəd şəhərindən Ermənistana səfər etmiş 50 nəfər hoteldə girov saxlanılıb.

İran vətəndaşları yalnız agentliyin hotelin bütün xərclərini ödəməsindən sonra ölkələrinə geri dönə biliblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.