Dünya

İranın ali dini lideri 920 məhbusu əfv etdi

31 Mart 2014 17:02
0 Şərh     Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın ali dini lideri ayətullah Əli Xameneyi əfv fərmanı imzalayıb

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani 1 aprel - Respublika Günü münasibətilə ali dini liderə məktubla müraciət edib. Məktubda 920 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib. İranın ali dini lideri təklifi qəbul edib.

Qeyd edək ki, 1979-cu il aprelin 1-də İranda ümumxalq səsverməsi (referendum) keçirilib və ölkənin adı İran İslam Respublikası olaraq dəyişdirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.