Dünya

NATO ölkələri Rusiya ilə münasibətlərə yenidən baxacaq

31 Mart 2014 16:26
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 1-2-də Brüsseldə NATO XİN başçılarının görüşü keçiriləcək

APA-nın "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, görüşdə nazirlər Ukrayna ətrafındakı prosesləri müzakirə edəcəklər, habelə Rusiya ilə münasibətlərə yenidən baxacaqlar.

Nazirlərin görüşü çərçivəsində Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Deşitsanın iştirakı ilə Ukrayna-NATO komissiyasının toplantısı da keçiriləcək.

NATO ölkələrinin XİN başçıları, həmçinin alyansın Uelsdə planlaşdırılan sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Adını açıqlanmasını istəməyən yüksək rütbəli NATO təmsilçisi bildirib ki, nazirlərin görüşünün yekunlarına dair bəyanatın qəbul olunacağı gözlənilir.

"Nazirlər Ukraynanın ərazi bütövlüyünə güclü dəstək ifadə edəcəklər. Rusiyanın atdığı addımlar Avroatlantik təhlükəsizliyə çağırışdır, Moskva oyun qaydalarını və beynəlxalq qanunları pozur. Biz əvvəlki kimi Rusiya ilə münasibətləri davam etdirə bilmərik", - deyə o vurğulayıb.

NATO təmsilçisi onu da bildirib ki, artıq Rusiya ilə işgüzar görüşlər dayandırılıb. Lakin səfirlər səviyyəsində diplomatik dialoq üçün imkan hələ də saxlanılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.