Dünya

Atası ölən gəlin yuxuda keçindi - FOTO

31 Mart 2014 18:27
0 Şərh     Baxış: 2 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kelli Tarpey atasını çox sevirdi. 65 yaşlı Con Tompson da qızını həyatından artıq istədiyini söyləyirdi.

C.Tompson kəskin ürəktutmadan vəfat edib.


Onun ölümündən 7 həftə sonra isə Kelli Tarpey keçinmişdi.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Mançester şəhərinin sakini K.Tarpey yuxuda vəfat edib. Ərinin dediyinə görə, arvadı ölümündən əvvəl iki dəvə ürəyindəki ağrılardan şikayətlənmişdi.


"Atasının ölümündən sonra Kelli ağır depressiyada idi. Üstəlik, iki dəfə ürəyi tutmuşdu. Mənə yalvarıb dedi ki, ürəyindəki ağrılar barədə kimsəyə deməyim. Həkimə getdim, dərman yazdılar, müalicə kursunu müəyyənləşdirdilər. Həmin gecə normaldı. Səhər ayılanda gördüm ki, arvadım ölüb", - 44 yaşlı Con Tarpey demişdi.


Kellinin ölümü ilə bağlı aparılan istintaq başa çatıb və sonuclar açıqlanıb.

İstintaqın rəyinə görə, Kelli Tarpeyin ölümünün səbəbi ağır depressiya, ruh düşkülyü olub.


2010-cu ilin avqustunda toyu olan Kelli Tarpey 2012-ci ilin noyabrında yuxuda keçinmişdi.


Kellinin bacısı, 44 yaşlı İvonn Tornli deyir: "Atam Kellini, Kelli də atamı çox sevirdi. Onlar bir-birlərindən ayrı dura bilmirdilər. Kellinin Ulsvaterdəki toyunda da atam ağlayırdı, qızı olmadan necə dözəcəyini deyirdi. Sonra anladıq ki, onlar, gerçəkdən də, ayrılıqda yaşaya bilmədilər".


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.