Dünya

Gecəqondu məhəlləsində təmizlənmə başlanıb - FOTOSESSİYA

31 Mart 2014 18:13
0 Şərh     Baxış: 1 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Rio de Janeyro şəhərinin ən böyük "favela"larından birində xüsusi təyinatlı polis əməliyyatı başlanıb.
 

"Favela" Braziliya şəhərlərində yoxsulların yaşadıqları "gecəqondu" məhəllələridir.
 

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 130 min sakini olan Komplekso da Mare favelasındakı əməliyyata 1400 polis və dəniz piyadası cəlb olunub.

Məqsəd iyunda başlanacaq dünya çempionatı ərəfəsində favelaları narkotacirlər və quldurların bandalarından təmizləməkdir.
 

Komplekso da Mare favelası Rio de Janeyronun beynəlxalq hava limanının yaxınlığındadır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.