Dünya

Hürrəm Sultan ata-anasını üzə çıxardı - FOTO

31 Mart 2014 16:00
0 Şərh     Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa özü öz qadağasını pozub

Türkiyənin gündəmini uzun müddət zəbt edən aktrisa Məryəm Üzərli valideynlərini üzə çıxarıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, gözəl aktrisa daima ailəsini, yaxınlarını gözdən uzaq saxlamağa çalışıb. Lakin bu günlərdə o, özünün qaydalarını pozub.

Aktrisa ailəsinin, daha doğrusu ata və anasının fotosunu öz Facebook səhifəsində paylaşıb.

Məşhur sima anası Ursula ilə atası Hüseyn Üzərlinin fotosunu "Anam və atamla günəşli, sevgi dolu bir Berlin günü" şərhi ilə paylaşıb.

Qeyd edək ki, M.Üzərli Türkiyədə və dünyanın bir sıra ölkələrində "Muhteşem yüzyıl" (Möhtəşəm yüz il) serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə məşhurlaşıb. O, bir neçə ay bu rolu ifa etdikdən sonra heç kimə heç bir xəbərdarlıq etmədən Almaniyaya qayıdıb. Onun bu addımı aktrisanın "tükənmişlik" sindromundan əziyyət çəkməsi ilə əlaqələndirilsə də, sonradan Üzərlinin hamilə olduğu bəlli olub.
M.Üzərli bu ilin fevral ayında Lara adlı ilk övladını dünyaya gətirib.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.