Dünya

Azərbaycanlı milyarder və xanımı səs vermədilər

31 Mart 2014 14:47
0 Şərh     Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin məşhur sənətçisi Ebru Gündeş və dekabrın 17-də rüşvət əməliyyatında həbs olunduqdan sonra azad edilən həyat yoldaşı azərbaycanlı iş adamı Rza Zərrab bələdiyyə seçkilərində səsvermədə iştirak etməyib.

AzNews.az xəbər verir ki, onların adları seçici siyahısında olsa da, cütlük səsvermə hüquqlarından istifadə etməyib.

Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-a qədər davam edib. Artıq bələdiyyə seçkilərində 80-ə yaxın vilayətdə bələdiyyə sədrləri müəyyənləşib. Qeyri-rəsmi nəticələrə görə, 78 vilayətdə bələdiyyə sədrləri müəyyən olunub. 49 vilayətdə hakim Ədalət və İnkişaf partiyasının (AKP), 12 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədləri qalib gəliblər.

Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub. Antalya, Adana, Ağrı, Hatay və Eskişehirdə səslərin sayılmasının davam etdirildiyi bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.