Dünya

Azərbaycanlı oliqarxlar Londonu alırlar

31 Mart 2014 14:29
1 Şərh     Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan, Qazaxıstan və Gürcüstandan olan zənginlər son iki il ərzində Londonda 3 milyard dollarlıq dəbdəbəli mənzil alıblar.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazır.

Bildirilir ki, ərazilərinin bir hissəsi bu yaxınlarda Rusiya tərəfindən zəbt olunan Ukrayna zənginləri də Londonda daşınmaz əmlak alışı üzrə liderlik edirlər. Bu ölkədən olan zənginlər Londonda daşınmaz əmlak almaqda nəhayət Rusiyadan olan zənginləri qabaqlayıblar.

Yeni məlumatlara görə, ukraynalılar Londonda daşınmaz əmlak alan keçmiş sovet bloku ölkələri vətəndaşları arasında liderlik edirlər. Qəzet yazır ki, Ukrayna ilə yanaşı, Azərbaycan, Gürcüstan və Qazaxıstan zənginləri də Londonda daşınmaz əmlaka milyardlarla dollar pul xərcləyirlər. Bu üç ölkədən olan zənginlər son iki il ərzində Londonda 2 milyard funt-sterlinq (təxminən 3 milyard dollar) dəyərində daşınmaz əmlak alıblar.

"Beauchamp Estates" adlı daşınmaz əmlak şirkətinin araşdırmalarına görə, ukraynalıların öz pullarını Londonda daşınmaz əmlaka yönəltməsi bu ölkədəki son siyasi gərginliklə bağlıdır. Azərbaycan, Ukrayna və digər keçmiş sovet respublikalarından olan zənginlər əsasən Londonun Mayfair, Rijents-park, Naytsbric, Belqraviya rayonlarında daşınmaz əmlak alırlar. Bu rayonlarda evlərin qiyməti 15 milyon funtdan 60 milyon funta qədər dəyişir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.