Dünya

Səudiyyə Ərəbistanının kralı gedir

31 Mart 2014 14:26
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Səudiyyə Ərəbistanının hökumət dairələrində ciddi dəyişikliklər baş verir.

Milli.Az SalamNews-a istinadən verdiyi xəbərə görə, kral Abdullah bin Əbdüləziz hakimiyyətdən gedir. O, öz yerini vəliəhdi Salman bin Əbdüləzizə verir.

Misirin ən-Nəhar telekanalının məlumatına əsasən, kral, həmçinin ölkənin müdafiə naziri, cənub və şərq bölgələrinin komandanları və daha üç əsas hərbi postun səlahiyyətlilərini dəyişdirəcək.

Mənbə ölkədə kral ailəsinə mənsub daha 17 şəxsin də vəzifəsindən azad edilməsi barədə qərar verildiyini bildirib.

Qeyd edək ki, son aylar Səudiyyə Ərəbistanı kralının səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılıb. Kral hətta ABŞ prezidenti Barak Obama ilə görüşərkən tənəffüs borusundan istifadə etməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.