Dünya

Rusiyada Krım üzrə nazirlik yaradıldı - YENİLƏNİB

31 Mart 2014 15:47
0 Şərh     Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
15:47

Rusiyanın Baş naziri Dmitri Medvedev Krımın işləri üzrə Nazirlik yaradılması barədə məlumat verib

Trend "İnterfaks"a istinadən xəbər verir ki, Oleq Savelyev nazirliyin rəhbəri təyin edilib.

D.Medvedev Krımda keçirilən RF hökumətinin iclası zamanı bildirib: "İki əmr imzalanıb. Biri Krımın işləri üzrə Nazirliyin yaradılması, ikincisi isə Oleq Qenrixoviç Savelyevin nazir təyin edilməsi haqqındadır".


----------
13:27

Rusiya baş naziri Dmitri Medvedev Krıma səfər edib


APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, D.Medvedev burada yarımadanın və Sevastopol şəhərinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcək.

Rusiya baş nazirinin Krıma səfəri yarımadanın və Sevastopol şəhərinin Rusiyaya birləşdirilməsindən 10 gün sonra baş tutub.

D.Medvedevin burada Krım və Sevastopolun sosial-iqtisadi inkişafı ilə bağlı müşavirə keçirəcəyi bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.