Dünya

Sabiq baş nazir həbsdən qaça bilmədi

31 Mart 2014 12:57
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin sabiq baş naziri Ehud Olmertin məhkəməsi başa çatmaqdadır. O, "Holyland" inşaat şirkətinin fəaliyyəti ilə bağlı korrupsiyada və rüşvətxorluqda suçlanıb.
 

Milli.Az Reuters-ə istinadən bildirir ki, "Holyland"ın işi ilə bağlı E.Olmertlə yanaşı, daha 9 nəfər, o cümlədən sabiq baş nazirin keçmiş müşaviri Şula Zaken, Qüdsün sabiq meri Uri Luponlyanski də müttəhimlər kürsüsündədir.

İşlə bağlı tutulmuş 3 nəfər bəraət alıb.
 

Məhkəmənin hökmündə bildirilir ki, Qüdsün meri olarkən Ehud Olmert inşaat layihələrini dəstəkləməyin müqabilində rüşvət alıb.

"Holyland"ın işi ilə bağlı Ehud Olmertə qarşı ilk ittiham 2012-ci ilin yanvarında irəli sürülüb.
 

2008-ci ildə isə rüşvətxorluqda suçlandığına görə Ehud Olmert baş nazir postundan istefa vermişdi.
 

2012-ci ilin sentyabrında o, 1 il şərti həbs cəzası almışdı.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.