Dünya

Pərviz Müşərrəf rəsmən dövlətə xəyanətdə ittiham edildi

31 Mart 2014 11:58
0 Şərh     Baxış: 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İslamabadda Pakistanın sabiq prezidenti general Pərviz Müşərrəfin dövlətə xəyanətlə bağlı işinə baxan xüsusi məhkəmə bazar ertəsi ona bu cinayəti törətməsi ilə bağlı rəsmi ittiham irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin DAWN qəzetinə istinadən RİA Novosti xəbər yayıb.

Məhkəmə iclasında şəxsən iştirak edən 70 yaşlı generalın özü isə onun ünvanına səsləndirilən bütün ittihamları "əsassız" adlandırıb və günahsız olduğunu bəyan edib.

İttihama görə, 2001-ci ildən 2008-ci ilədək Pakistan prezidenti postunu tutan Müşərrəf 2007-ci ildə fövqəladə vəziyyət elan edərək Ali Məhkəmənin hakimlərinin həbs edilməsini əmr etməklə dövlətə xəyanət edib. Pakistan qanunlarına görə, dövlətə xəyanət ölüm cəzası və ya ömürlük həbslə cəzalandırılır.

Xatırladaq ki, dövlətə xəyanət haqqında iş ötən il Pakistan hökumətinin təşəbbüsü ilə qaldırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.