Dünya

Tanınmış britaniyalı aktrisa dünyasını dəyişdi

31 Mart 2014 11:29
0 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış britaniyalı aktrisa Keyt O'Mara dünyasını dəyişib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa ömrünün 74-cü baharında Britaniyanın Sasseks qraflığında gözlərini əbədi olaraq yumub.

Aktrisa "Dinastiya" serialındakı Kassandra roluna görə dünya şöhrəti qazanmışdı. 1980-ci illərdə elmi-fantastik "Doktor Kim" serialındakı roluna görə də məşhurlaşıb. "Böyük Yekaterina" filmində də rol alıb.

Aktrisa yaradıcılığı ərzində ümumilikdə 50-dən çox teleserial və filmdə rol alıb.

O, özünü yazıçı kimi də sınayıb. Avtobioqrafik və sevgi romanları yazıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.