Dünya

Sabiq direktor: "Rusiya vətəndaşı olmağıma görə utanıram"

31 Mart 2014 14:20
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevgeni Kiselyov bildirib ki, Rusiya telekanalları Ukraynadakı quldur çevrilişi, digər bir tərəfdən isə Krımdakı istirahəti reklam edirlər

"Mən Rusiya vətəndaşı olmağıma görə utanıram".

Anspress-in məlumatına görə, bunu NTV televiziya şirkətinin sabiq direktoru Yevgeni Kiselyov deyib. O bildirib ki, Rusiya telekanalları Ukraynadakı quldur çevrilişi təqdim edir, meydan iştirakçıları - nasistlər, yeni hakimiyyəti qanunsuz adlandırırlar və aramsız olaraq rusdilli əhalinin əzablarından danışırlar.

Təşkil edilmiş təbliğat kampaniyasına görə, televiziya jurnalistləri üçün dərc edilmiş təlimatlar üzrə mühakimə aparmaq olar. Bu təlimatlarda jurnalistlərə Ukraynadakı cinayətdən danışmağı məsləhət görürlər. Rusiya kanalları Ukraynada hakimiyyət uğrunda artan ixtişaşları, Meydan bəhanəsi ilə baş verən cinayətləri təqdim edir, digər bir tərəfdən isə Krımdakı istirahəti reklam edirlər.

Kiyevdə işləyən məşhur Rusiya jurnalisti və siyasi analitik, sabiq NTV televiziyasının direktoru, "Moskva xəbərləri" baş redaktoru Yevgeni Kiselyov əməkdaşlarının işiylə Rusiya telepropaqanda metodlarını müqayisə edib.

Yevgeni Kiselyov Ukraynada Rusiya telekanallarının yayımının dayandırılması ideyasına münasibətinin birmənalı olmadığını deyib:

"Rusiya kanallarında yalnız xəbər göstərilmir, əlbəttə ki, onları xəbər adlandırmaq mümkündürsə. Eyni zamanda Rusiya kanalları yalnız təbliğat aparan informasiya proqramlarını yayımlamır. Bəzən orada yaxşı verilişlər göstərirlər və hətta çox yaxşı qeyri-siyasi proqramlar, seriallar, sənədli kino yayımlanır. Ancaq Ukrayna xalqı qarşısında mənim dostlarım və həmkarlarım heç bir qəbahətli iş görməyiblər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.