Dünya

Suriyada daha iki azərbaycanlı öldürüldü - FOTO

31 Mart 2014 11:02
30 Şərh     Baxış: 8 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada öldürülən azərbaycanlılardan daha ikisinin kimliyi məlum olub

Onlardan biri Sumqayıt, digəri isə Qubadlı sakinidir.

Suriyada öldürülən azərbaycanlılardan daha iki nəfərinin kimliyi açıqlanıb.

APA-nın əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlılar - "Abdulvahid" ləqəbli Zahid Nəsirov və "Rəbbani" ləqəbli Tamerlan Məmmədovdur. Onların hər ikisi snayperlə başından vurularaq öldürülüb.

T. Məmmədovun əslən Qubadlı rayonundan olduğu, Qarabağ müharibəsindən sonra Sumqayıtda məskunlaşdığı bildirilir.

Z. Nəsirov isə Sumqayıt şəhəri 18-ci mikrorayon sakinidir.

Mücahidlər onların fotolarını da sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.